Abşeron dairəvi marşrutu üzrə FLIRT qatarı istifadəyə verilib
Bu gündən eitbarən “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib.
Fhnews.az ADY-nin yaydığı məlumata istinadən xəbər verir ki, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı-Xırdalan-Bakı istiqaməti üzrə xəttə buraxılıb.
Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550 millimetrlik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 millimetrlik platformanın bir hissəsi endirilərək 550 millimetrlik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 millimetrlik ölçüyə uyğunlaşdırılıb.
Qatar gündəlik 10 reys həyata keçirir, Bakıdan Xırdalana 21, Xırdalandan Bakıya məsafəni isə 22 dəqiqəyə qət edir.
Yeni qrafikə əsasən, Xırdalandan saat 06:53-də hərəkətə başlayan FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. FLIRT qatarı ilə Xırdalandan Bakıya növbəti reys saat 08:00-a təyin olunub.
Yeni FLIRT qatarı hərəkət intervalına nəzarət və qatarların optimal məsafədə saxlanılması, sürət həddinin avtomatik tənzimlənməsi və aşılması halında xəbərdarlıq edilməsi, təcili dayanma mexanizmi, qəza və ya icazəsiz hərəkət hallarında qatarın dayandırılması, siqnal sistemləri ilə inteqrasiya, maşinistin xəbərdarlıq və təlimatları alması kimi müasir təhlükəsizlik sistemlərini dəstəkləyir. Həmçinin qatar məlumatların qeydə alınaraq fayl kimi saxlanılması və nasazlıqların təhlilini təmin edir.
Dünya Bankı ilə nasoslu hidroenerji...
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...