1 aprel 2025, çərşənbə axşamı Bakı, 18°C
IMG-LOGO

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub

30-03-2025
IMG

Norveçin Andyoya kosmodromundan peykin kosmosa buraxılışı uğursuz olub. Belə ki, “Spectrum” raketi gücünü itirərək yerə düşüb.

Fhnews.az xəbər verir ki, buraxılış “Going Full Spectrum” missiyası çərçivəsində Almaniyanın “Isar Aerospace” şirkəti tərəfindən həyata keçirilib. Peykləri orbitə çıxarmalı olan raket sınaq buraxılışı zamanı lazımi yükə malik deyildi.

Əlverişli hava şəraitinə baxmayaraq, raketin buraxılışı uğursuz olub. Startdan 25 saniyə sonra raket sürətini itirib, çevrilib və tezliklə yerə düşüb. Hadisədən sonra Andyoya kosmodromunda vəziyyətin təhlili üçün fövqəladə hallar xidmətləri ilə birlikdə böhran qərargahı yaradılıb.

“Spektr” daşıyıcı raketinin hündürlüyü təxminən 30 metr, çəkisi isə təqribən 50 ton olub. Bu, pilotsuz missiya çərçivəsində Avropadan kosmosa ilk buraxılış idi.

Paylaş: