2 aprel 2025, çərşənbə Bakı, 15°C
IMG-LOGO

Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru BANM-də olub

01-04-2025
IMG

Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Əhədxon Nəcmitdinov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfər çərçivəsində BANM rektoru Elmar Qasımovla görüşüb.

BANM-dən verilən məlumata görə, görüşdə iki ali təhsil müəssisəsi arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatların və akademik proqramların həyata keçirilməsi, ikili dərəcə proqramları, eləcə də qısa təhsil proqramları və yay məktəblərinin təşkili müzakirə edilib.

Paylaş: