2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

ABŞ və Yaponiya hərbi əməkdaşlığı artıracaq

31-03-2025
IMG

ABŞ müdafiə naziri Pit Heqset və Yaponiyanın müdafiə naziri Nakatani Gen Çinin bölgədə artan hərbi təhdidləri və Tayvana mümkün hücumu fonunda iki ölkə arasında hərbi əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

“Kyodo News”un məlumatına görə, Asiyaya ilk səfəri çərçivəsində Yaponiyaya gələn müdafiə naziri Heqset paytaxt Tokioda Nakatani ilə görüşüb.

Hegseth və Nakatani orta mənzilli hava raketlərinin birgə istehsalına erkən başlamaqla SM-6 zenit raketlərinin istehsalını sürətləndirmək barədə razılığa gəliblər.

İki ölkə arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsinə razılıq verən müdafiə nazirləri Tayvanda sülhün və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.Yaponiya hökumətindən verilən açıqlamaya görə, Heqset günün sonunda Yaponiyanın baş naziri İşiba Şiqeru ilə də görüşüb.

Paylaş: