2 aprel 2025, çərşənbə Bakı, 15°C
IMG-LOGO

Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb

01-04-2025
IMG

Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb.

Fhnews.az xəbər verir ki, Çinin Mərkəzi Televiziyası bu barədə axtarış-xilasetmə əməliyyatlarının saytına istinadla məlumat yayıb. Məlumata görə, indiyədək dağıntıların altından 2 min 719 cəsəd çıxarılıb.

Çinin Myanmadakı səfirliyi zəlzələ nəticəsində azı üç vətəndaşının öldüyünü, 14 nəfərin isə yaralandığını təsdiqləyib.

ÇXR Sədri Si Cinpin zəlzələnin nəticələrinin aradan qaldırılmasını dəstəkləməyə və təbii fəlakətdən zərər çəkən sakinlərə yardım göstərməyə hazır olduğunu bildirib. Pekin, həmçinin qonşu ölkəyə 100 milyon yuan (13,8 milyon dollar) həcmində humanitar yardım ayıracağını vəd edib.

Paylaş: