Meksikada məktəblərdə lazımsız qidaların satışı qadağan edilib
Meksikada hökumət piylənmə ilə mübarizə aparmaq üçün məktəblərdə lazımsız qidaların satışını qadağan edib.
1980-ci ildən bəri kök insanların sayının artdığı Meksikada uşaqlıq çağında piylənmə ilə mübarizə çərçivəsində məktəblərdə lazımsız qidaların satışını qadağan edən qanun dünən qüvvəyə minib.
Yeni qanuna əsasən, artıq məktəblərdə yüksək kalorili qidalar və tərkibində çoxlu şəkər, duz və yağ olan içkilər satıla bilməz.
Bu məhsulların yerinə daha sağlam qida alternativləri tələb edən qanunu pozan məktəb rəhbərliyi 545 ilə 5 min 450 dollar arasında cərimələnəcək.
Digər tərəfdən, ölkədəki bəzi məktəblərin elektrik və internet infrastrukturunun olmadığına diqqət çəkən ekspertlər bu qanuna nəzarətin çətin ola biləcəyinə diqqət çəkiblər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...