Yunanıstanda yağan güclü yağış Siklad adalarında daşqınlara səbəb olub
Yunanıstanın Siklad adalarında həyata mənfi təsir edən güclü yağış sel və maddi ziyana səbəb olub. Yunanıstan Dövlət Televiziyası “ERT”-nin xəbərinə görə, Egey dənizindəki Kiklad adaları güclü yağışa məruz qalıb.Kiklad adalarının Paros, Mikonos və Siros bölgələri də güclü yağışdan təsirlənib.
Parosda şiddətli yağışın yaratdığı seldə çox sayda avtomobil su altında qalıb və böyük maddi ziyan meydana gəlib.
Nəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi Parosda seldə qapalı qalan 13 nəfər xilas edilərək təhlükəsiz bölgələrə aparılıb.
Güclü yağış səbəbindən Paros, Mikonos, Rodos və Simi adalarındakı məktəblərdə sabah təhsilin dayandırılacağı bildirilib.
ABŞ-da bəzi məhbuslar vaxtından əvvəl...
Fritillaria imperialis və ya Ters...
Myanma hökuməti zəlzələnin nəticələrinin...
“SpaceX” Yerin orbitində qütblərarası...
Avropada dabaq epidemiyası yayılır...