İslandiyanın cənub-qərbindəki seysmik aktivliyə görə Blue Lagoon ərazisi boşaldılıb
Blue Lagoon turizm zonası İslandiyanın cənub-qərbində vulkanik kraterlərdə seysmik aktivliyə görə boşaldılıb.
İslandiyanın “RUV” telekanalının xəbərinə görə, yerli vaxtla saat 06.30-da Qrindavik şəhərində seysmik fəaliyyətlər baş verib.Seysmik fəaliyyətlərin vulkan püskürməsinə səbəb olacağı ilə bağlı narahatlıqlar səbəbindən Mavi Laqun turizm zonası boşaldılıb.
İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, seysmik fəaliyyətlər başlayandan bəri bölgədə 200-dən çox zəlzələ qeydə alınıb.
Təxliyədən bir neçə saat sonra Qrindavik şəhəri ətrafında vulkan püskürmələri baş verib. Səlahiyyətlilər bölgəyə lava soyutma avadanlığı çatdırıblar.
Qrindavikdən 500 metr aralıda vulkanik fəaliyyətlər səbəbiylə açılan böyük çatdan sonra bölgədə xəbərdarlıq sirenləri səslənməyə başlayıb.
Səlahiyyətlilər xəbərdarlıq edib ki, partlayış nəticəsində yayılan zərərli qaz, kül və hissəciklər bir neçə saat ərzində paytaxt Reykyavikə çata bilər.
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...
Antalyada yağışdan sonra dənizin rəngi...