2 aprel 2025, çərşənbə Bakı, 18°C
IMG-LOGO

Çin Cənubi Çin dənizində 100 milyon ton xam neft ehtiyatı aşkar edib

01-04-2025
IMG

Çin Beynəlxalq Xarici Neft Şirkətinin  verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Quandun əyalətindən 170 kilometr uzaqlıqda, "Huicou 19-6" adlı yataqda yeni neft ehtiyatı aşkar edilib.

Bildirilib ki, okeanda orta hesabla 100 metr dərinlikdə olan neft yatağında 100 milyon ton təsdiqlənmiş ehtiyat var. Yataqda sınaq qazması zamanı sutkada 413 barel neft və 68 min kubmetr təbii qaz əldə edilib.

Bəyanatda qeyd olunub ki, aşkar edilmiş ərazi Cənubi Çin dənizində mübahisəli bölgədə yerləşmir, Çin sahillərindən 200 dəniz mili (370 kilometr) qədər uzaqlıqdakı Eksklüziv İqtisadi Zona daxilində qalır.

Paylaş: