2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

01-04-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Novruz bayramı münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Canlanmanı, ümidi və birliyi təcəssüm etdirən bu qədim bayram ailələri və icmaları sülh və firavanlıq ruhunda bir araya gətirərək dərin əhəmiyyət kəsb edir. Bu bayram münasibətilə şəxsən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı uğurlar arzulayıram.

Mən əməkdaşlığımızın davamlı olmasını diləyir, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Bu arzularla bayramınızı bir daha təbrik edirəm.

Hörmətlə,

Jelka Tsviyanoviç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Paylaş: