Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilmişdir
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Fhnews.az xəbər verir ki, bu barədə DSX-n mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...