2 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

ABŞ-də güclü fırtına azı beş nəfərin ölümünə səbəb olub
 

01-04-2025
IMG

ABŞ-nin qərbində şiddətli fırtına beş nəfərin ölümünə səbəb olub.

Fhnews.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərdən 3-ü uşaqdır, Miçiqan ştatında güclü külək onların olduğu avtomobilin üzərindəki ağacı yıxıb, İndiana ştatında isə pis hava şəraiti daha iki nəfərin həyatına son qoyub.

Təbii fəlakət səbəbindən təxminən 400 min istehlakçı işıqsız qalıb, güclü külək və yağış elektrik xətlərini zədələyib.

Milli Meteoroloji Xidmətinin məlumatına görə, fırtına ölkənin cənub və şərq rayonları üçün təhlükə yaradaraq şərqə doğru irəliləməkdə davam edir.

Səlahiyyətlilər Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında tornado, külək və güclü dolu ehtimalı barədə xəbərdarlıq edir.

Paylaş: