2 aprel 2025, çərşənbə Bakı, 15°C
IMG-LOGO

Okean üzərində gərgin anlar

01-04-2025
IMG

İndoneziyanın Bali adasından Melburna uçan Avstraliya aviaşirkətinin təyyarəsi bir sərnişinin Hind okeanı üzərindən təyyarənin qapısını açmağa cəhd etməsindən sonra geri dönmək məcburiyyətində qalıb.

Sərnişinin Bali adasında yerli hakimiyyət orqanları tərəfindən təyyarədən endirildiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan videoya görə, ekipajı xəbərdar edən xəbərdarlıq siqnalı səslənənə qədər qadın qapının dəstəyini qaldıra bilib.

“Flightradar24” uçuş izləmə saytının məlumatına görə, təyyarə uçuşdan təxminən bir saat sonra Hind okeanı üzərindən geri dönərkən görünüb.Təyyarədə neçə sərnişin və ekipaj üzvü olduğu barədə heç bir açıqlama verilməyib.

Paylaş: