DİM: Azərbaycan dili üzrə onlayn sertifikasiya sınaq imtahanında 410 nəfər iştirak edib
Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn sınaq platforması martın 17-dən etibarən ictimaiyyətə təqdim edilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu günə qədər onlayn sınaq platformasında 524 nəfər qeydiyyatdan keçib və onlardan 410 nəfər sınaq imtahanında iştirak edib.
Xatırladaq ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə onlayn platformanın təqdimatı zamanı ictimaiyyətə müraciət edərək yeni imtahan modelinin təkmilləşdirilməsi üçün ən az iki min nəfərin imtahanda iştirakının vacib olduğunu vurğulayıb. O, hər kəsi bu imtahanın ödənişsiz qaydada təşkil edilən sınaq prosesində iştirak etməyə dəvət edib.
DİM bildirir ki, ölkəmizdə ilk dəfə tətbiq olunacaq bu imtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Azərbaycan dili üzrə sertifikasiya imtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim ediləcək. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə edilə biləcək.
İmtahanın sınaq versiyasında iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçərək ödənişsiz olaraq imtahan verə bilərlər.
Rəqəmsal iqtisadiyyatın müasir...
V Azərbaycan Astronomiya Olimpiadasının...
“Müasir din təhsili modelləri ənənələr...
Moskva Dövlət Beynəlxalq Əlaqələr...
Azərbaycan Gənc Müəllimlər...