2 aprel 2025, çərşənbə Bakı, 19°C
IMG-LOGO

Məkkə və Mədinədə iki müqəddəs məscidi 122 milyon müsəlman ziyarət edib

31-03-2025
IMG

Səudiyyə Ərəbistanı Ramazan ayında 122 milyon müsəlmanın Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscid-i Nəbəvini ziyarət etdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Baş Rəyasət Heyətinin bəyanatını dərc edib.Açıqlamaya görə, Ramazan ayında Kəbə ilə birlikdə Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscidül-Nəbəvini 122 milyon 286 min 712 nəfər ziyarət edib.

Bundan başqa, Ramazan ayında Məscidül-Həramda 75 milyon 573 min 928 müsəlman, Məscidül-Nəbəvidə isə 30 milyon 154 min 543 müsəlman namaz qılıb. Ramazan ayında 16 milyon 558 min 241 nəfər ümrə ziyarəti edib.

Paylaş: