2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

İzmirdə güclü yağış yolları gölə çevirib

01-04-2025
IMG

İzmirdə güclü yağış səbəbindən küçələr göllərə çevrilib. Çeşmədə 15 ev, 3 iş yeri və 3 oteli  su basıb. 

Yağışın ən təsirli olduğu Çeşmə rayonunun turistik Alaçatı rayonunda leysan səbəbiylə yollarda gölməçələr əmələ gəlib, bəzi otellərin zirzəmiləri su altında qalıb. Ilıca Məhəlləsində də bəzi lyuklar tıxanıb və gölməçələr yaranıb. Yollarda yığılan sular kanalizasiya maşınları və su nasosları ilə təmizlənir.

Şəhərin mərkəzində yağan yağış səbəbindən Çiğli, Narlıdere və Menemendə bəzi yollarda su yığılıb, lyuklar daşıb.

Paylaş: