2 aprel 2025, çərşənbə Bakı, 19°C
IMG-LOGO

“Portağal Çiçəyi” Karnavalına 1,5 milyon insanın qatılacağı gözlənilir

31-03-2025
IMG

Bu il 4-13 aprel tarixləri arasında Adanada keçiriləcək Beynəlxalq “Portağal Çiçəyi” Karnavalına 1,5 milyon insanın qatılacağı gözlənilir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Türk Mədəniyyəti Yolu Festivalı”na daxil edilən karnaval bu il “Apreldə Adanada” şüarı ilə 13-cü dəfə keçiriləcək.

“Türk Mədəniyyəti Yolu Festivalı”nın ilk dayanacağı olan karnaval 10 gün ərzində bir çox mədəniyyət, incəsənət və idman tədbirlərinə ev sahibliyi edəcək.Tədbirlərdə ABŞ, Yaponiya, Latviya, Macarıstan, Rusiya və Ukraynadan olan tədbir qruplarının çıxışlarına da baxmaq olar.

Karnavalın simvoluna çevrilən və rəngarəng görüntüləri ilə diqqət çəkən, uşaqları əyləncəli fəaliyyətlərdə bir araya gətirəcək “kostyumlu kortej” aprelin 5-də iştirakçıları salamlayacaq.

Paylaş: