2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Hannoverdə qocalar evində yanğın baş verib, 25 nəfər xəsarət alıb

31-03-2025
IMG

Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb.

Fhnews.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Paylaş: