2 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

Myanmada baş verən zəlzələlərdə ölənlərin sayı yenə də artıb

31-03-2025
IMG

“Sinxua” agentliyinin məlumatına görə, Myanmadakı hərbi administrasiyanın informasiya qrupu martın 28-də ölkədə baş verən zəlzələlərlə bağlı açıqlama verib.

Açıqlamada zəlzələlərdə indiyədək 2 min 56 nəfərin öldüyü, təxminən 3 min 900 nəfərin yaralandığı, təxminən 270 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.

Zəlzələnin güclü hiss olunduğu Taylandın paytaxtı Banqkokda ölənlərin sayının 17-yə, yaralı sayının 32-yə yüksəldiyi, 83 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.

Paylaş: