2 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

ANAMA: Ötən ay 4556 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

01-04-2025
IMG

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mart ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 331, tank əleyhinə 105 mina və 9755 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 4 556 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Paylaş: