2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraadan
 

01-04-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!

Hörmətlə,

Əhməd əl-Şaraa

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti

Paylaş: