Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankının Maliyyə və Dayanıqlı İnkişaf Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı və Avstriya Maliyyə Nazirliyinin ev sahibliyi ilə Vyanada keçirilmiş “Maliyyə və Dayanıqlı İnkişaf Hesabatlılığı İslahatları: Yaşıl və Rəqəmsal Gündəliklər üzrə Naviqasiya” mövzusunda nazirlər konfransında, “Mühasibat uçotu və auditdə islahatlar” forumunda və “Dayanıqlı inkişafa dair hesabatlılıq” üzrə seminarda iştirak edib.
Auditorlar Palatasından verilən məlumata görə, tədbirlərin təşkil edilməsində məqsəd korporativ maliyyə hesabatlarında, həmçinin davamlı inkişafa dair hesabatlarda və süni intellektin tətbiqində yeni dövrün tələblərinə və çağırışlarına ən yaxşı şəkildə necə cavab veriləcəyini müzakirə etmək, regional miqyasda, eləcə də milli səviyyədə atılacaq növbəti addımları razılaşdırmaq üçün 11 benefisiar ölkədən – Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Kosova, Moldova, Monteneqro, Serbiya, Şimali Makedoniya və Ukraynadan olan nümayəndələri bir araya gətirməkdən ibarət olub.
Ölkəmizin bir sıra dövlət və özəl sektorunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa İttifaqının korporativ sektor üçün yaşıl və rəqəmsal siyasəti; dövlətə məxsus müəssisələrin iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti; maliyyə və dayanıqlılıq hesabatına dair islahatların yaratdığı imkanlar; dövlət və korporativ sektor üzrə dayanıqlılıq hesabatı; süni intellekt – mühasibatlıq və audit üçün risklər və imkanlar; dayanıqlı inkişafa dair hesabatlılığın rəqəmsal platformalar üzərindən əlçatanlığının təmin edilməsi və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.
Auditorlar Palatasının nümayəndələri tərəfindən Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) və Auditorlar Palatasının birgə əməkdaşlığı ilə COP29 çərçivəsində nəşr olunmuş “İstixana qazlarının uçotunun əsasları (Dayanıqlı inkişafla bağlı açıqlamalara dair MHBS standartları əsasında)” adlı təlimat konfrans iştirakçılarına təqdim edilib və maraqla qarşılanıb.
Tədbir müddətində göstərilən problemlər üzrə müvafiq materiallar əldə edilib və onların ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulur.
Tədbirlər çərçivəsində mühasiblərin və auditorların beynəlxalq peşəkar tənzimləyicisi olan və Auditorlar Palatasının 2008-ci ildən tamhüquqlu üzvü olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) icraçı direktoru Li Uaytın rəsmi dəvətinə əsasən Auditorlar Palatasının sədri V.Novruzov işgüzar görüşdə iştirak edib.
Dünya Bankı ilə nasoslu hidroenerji...
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...