“E-polis”dən növbəti yenilik: artıq dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür
Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə (DİN) aid ödənişləri bank növbəsi gözləmədən seçim edərək həyata keçirə bilərlər.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək vətəndaş özü və ya başqa bir şəxs üçün ödəniş edə bilər. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçmək lazımdır. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiz. Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər.
“E-polis” daim təkmilləşən rəqəmsal xidmətləri ilə vətəndaşların məmnunluğu üçün çalışır.
Almaniya Prezidenti Frank-Valter...
AQTA: Heyvan və quş qripi xəstəliyi ilə...
Azərbaycana idxal olunan bir sıra ət...
Loqoped autizmli uşaqlarda yaranan nitq...
Tranzit həmrəylik yolu: Azərbaycanın...