2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İspaniyada mədən qəzası

31-03-2025
IMG

İspaniyanın şimalındakı Asturiya bölgəsinin Deqana qəsəbəsində kömür mədənində baş verən qəzada azı 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilib.

Asturiya muxtar hökumətinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yerli vaxtla saat 09.30-da Deqana şəhərindəki kömür mədənində partlayış baş verib və ən azı iki nəfər ölüb.

Asturiya muxtar hökumətinin sözçüsü həmçinin partlayış zamanı mədənçilərin qrafit istehsalı üçün mineral üzərində işlədiyini açıqlayıb.Bölgəyə çoxlu sayda təcili yardım, yanğınsöndürən və mülki yardım qrupları göndərilib.

Paylaş: