2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Martın 20-dən 31-dək təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub

01-04-2025
IMG

Bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-dən 31-dək 24 min 523 çağırış daxil olub. Bu çağırışlardan 2 min 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 min 981 çağırış daxil olub. 2 min 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət martın 31-də qeydə alınıb.

Belə ki, müraciət sayı 2 min 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər ilə bağlı olub.

Paylaş: