2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət Əmək Müfəttişliyi Xidməti iki beynəlxalq mükafata layiq görülüb

01-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin 2024-2025-ci illər üzrə fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə təqdim olunan iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

DƏMX müsabiqədə “Asiyanın Ən Yaxşı Dövlət Əmək Müfəttişliyi Xidməti Mükafatı” və “Asiyanın Ən Yaxşı Əməyin Mühafizəsi Mərkəzi Mükafatı” nominasiyaları üzrə fərqlənib və adı qaliblər sırasına daxil edilib.

Müsabiqəyə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər ölkələrdən 50-dən çox layihə təqdim olunub.

Paylaş: