Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində fasiləsiz fəaliyyət göstərib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “916” Çağrı Mərkəzi bayram günlərində fəaliyyətini fasiləsiz davam etdirib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə Çağrı Mərkəzinə ombudsmanın fəaliyyət istiqamətlərinə, habelə Milli Preventiv Mexanizm mandatına aid olan məsələlər, o cümlədən şəxsin saxlanılması barədə yaxınlarına məlumat verilməməsi, qanunsuz saxlama, pis rəftar ehtimalı, sovqat qəbulundan imtina ilə bağlı şikayətlər, habelə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin telefon danışığı hüququnun təminində köməklik göstərilməsi, ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələri barədə müraciətlər daxil olub.
Həmin müraciətlər araşdırılıb, bir sıra hallarda yerində araşdırmalar aparılıb və müraciət müəlliflərinə cavablar verilib.
Avropa İttifaqının nümayəndələri Ağdamda...
Almaniya Prezidenti Frank-Valter...
AQTA: Heyvan və quş qripi xəstəliyi ilə...
Azərbaycana idxal olunan bir sıra ət...
Loqoped autizmli uşaqlarda yaranan nitq...