2 aprel 2025, çərşənbə Bakı, 15°C
IMG-LOGO

Astanada ekspertlər COP29-dan sonra Qazaxıstanın iqlim hesabatını qiymətləndirir

01-04-2025
IMG

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyinin beynəlxalq ekspertlər qrupu martın 31-dən aprelin 4-dək Astanada səfərdədir. 

Fhnews.az Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfərin məqsədi Qazaxıstanın Bakıda keçirilən COP29 çərçivəsində təqdim etdiyi ikiillik Şəffaflıq Hesabatının ekspert qiymətləndirilməsinin aparılmasıdır.

Bildirilir ki, Qazaxıstan bu hesabatı Katibliyə təqdim edən ilk 9 ölkədən biri olub.

Məsləhətləşmə görüşlərində İqlim siyasəti departamentinin, “Jasyl Damu” SC-nin, maraqlı dövlət qurumlarının, BMT-nin Qazaxıstandakı İnkişaf Proqramının və digər beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri fəal iştirak edirlər.

Qeyd edək ki, COP29 qlobal iqlim siyasəti sahəsində ən böyük və əlamətdar hadisələrdən birinə çevrilib.

Paylaş: