1 aprel 2025, çərşənbə axşamı Bakı, 15°C
IMG-LOGO

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

29-03-2025
IMG

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Fhnews.az xəbər verir ki, bu barədə "Tairath" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.

Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.

Paylaş: