31 mart 2025, bazar ertəsi Bakı, 14°C
IMG-LOGO

Myanmadakı zəlzələdən sonra Taylandda 50-dən çox yeraltı təkan qeydə alınıb

29-03-2025
IMG

Myanmada baş verən zəlzələdən sonra Taylandda 50-dən çox yeraltı təkan qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə Tailand Zəlzələlərə Nəzarət Təşkilatının məlumatında deyilir.

Belə ki, 4,9 bal gücündə sonuncu zəlzələ yerli vaxtla saat 23:46-da (Bakı vaxtı ilə 20:46) qeydə alınıb.

Qeyd edək ki, cümə günü Banqkok və paytaxtın bir sıra bölgələrində 7,7 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsinin episentri Myanmanın Mandalay şəhəri ərazisində olub. Saat 13:20-də (Bakı vaxtı ilə 10:20) 10 km dərinlikdə 8,2 bal gücündə qeydə alınan yeraltı təkanlar 10 nəfərin ölümünə səbəb olub, 100-dən çox insan itkin düşüb.

Paylaş: