Dünya Bankı: Havanın çirklənməsi hər il təxminən 5,7 milyon insanın ölümünə səbəb olur
Dünya Bankı “Yaşaya bilən planetdə təmiz havaya çıxışın sürətləndirilməsi” adlı hesabatını dərc edib.Hesabatda havanın çirklənməsinin hər il dünyada təxminən 5,7 milyon insanın ölümünə səbəb olduğu bildirilir.Ölümlərin 95 faizinin aşağı və orta gəlirli ölkələrdə meydana gəldiyi bildirilən hesabatda havanın çirklənməsinin sağlamlığa təsirləri, məhsuldarlıq itkiləri və gözlənilən ömür uzunluğunun azalması səbəbindən qlobal ümumi daxili məhsulun təxminən yüzdə 5-ə bərabər iqtisadi itkiyə səbəb olacağı təxmin edilir. Hesabatda vurğulanıb ki, məqsədyönlü siyasət tədbirləri 2040-cı ilə qədər təhlükəli dərəcədə yüksək hava çirklənməsinə məruz qalan insanların sayını iki dəfə azalda bilər.
Bankın hesabatında enerji müstəqilliyini dəstəkləyən və ya hava çirkliliyini azaldan emissiyaların azaldılması kimi tədbirlərin problemin həllinə yardım edə biləcəyi bildirilib. Hesabatda 2040-cı ilə qədər çirklənmənin idarə edilməsi üzrə inteqrasiya siyasətlərinin iqtisadi faydalarının 2,4 trilyon dollara çata biləcəyi təxmin edilir.
İtaliyada "Tesla" dilerində 17 avtomobil...
Türkiyədə Kefken sahillərində aşkar...
NASA tədqiqat üçün kosmosa siçan...
İspaniyada mədən qəzası...
Sloveniya limanı Orta Dəhlizə qoşulacaq...