1 aprel 2025, çərşənbə axşamı Bakı, 15°C
IMG-LOGO

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik

29-03-2025

Möhtərəm xanım, Zati-aliləri.

Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.

Möhtərəm xanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram.

Dərin hörmətlə,

Ziroatxon Mirziyoyeva

Özbəkistan Respublikasının birinci xanımı

Paylaş: