Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik
Möhtərəm Mehriban xanım.
Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm.
Dərin ehtiramla,
Ziroatxon Mirziyoyeva
Özbəkistan Respublikasının birinci xanımı
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl...
Mərakeşin Kralı VI Məhəmməddən...
Hindistan Respublikasının Baş naziri...
Tacikistan Respublikasının Prezidenti...
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar...