Cənubi Koreyada nəzarət altına alınan meşə yanğınları yenidən başlayıb
Cənubi Koreyada dünən nəzarət altına alınan meşə yanğınları yenidən başlayıb. Bir həftədir davam edən yanğınlarda 30 nəfər həyatını itirib.
Cənubi Koreyanın Cənubi Gyeongsang və Şimali Gyeongsang əyalətlərində martın 21-dən bəri təsirli olan və dünən nəzarət altına alınan meşə yanğınları bəzi bölgələrdə yenidən başlayıb.
Gyeongbuk Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamada, Şimali Gyeongsang əyalətindəki Andong şəhərinin kənd ərazisindən yerli vaxtla saat 22:00 radələrində tüstünün qalxdığı və yanğının səhər saatlarında yenidən gücləndiyi bildirilib.
Andong şəhərinin cənubunda yerləşən Euiseong bölgəsində yanğınların yenidən başladığı, bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib. Cənubi Koreya Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Qərargahından verilən açıqlamada yanğınlarda daha 2 nəfərin ölməsi ilə ölənlərin sayının 30-a, yaralı sayının isə 40-a yüksəldiyi bildirilib.
Həmçinin qeyd olunub ki, 4 min 193 təsərrüfatdan 6 min 885 nəfər hələ də müvəqqəti təxliyə mərkəzlərində qalır. Cənubi Koreya Meşə Xidmətinin verdiyi açıqlamaya görə, yanğınlarda ən azı 48 min hektar ərazinin yandığı bildirilib.
Çin Cənubi Çin dənizində 100 milyon ton...
“SpaceX” ilk insanlı kosmik uçuş...
“Portağal Çiçəyi” Karnavalına 1,5 milyon...
Myanmada baş verən zəlzələlərdə...
Qırğızıstan və Tacikistan “CASA-1000”...