1 aprel 2025, çərşənbə axşamı Bakı, 15°C
IMG-LOGO

Almaniyada avtosalon yaxınlığında yeddi "Tesla" avtomobili yanıb

29-03-2025
IMG

Almaniyanın şimalında Ottersberq icmasında yerləşən firmanın avtosalonu yaxınlığında yeddi "Tesla" avtomobili yanıb.

Fhnews.az Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Paylaş: