Azərbaycanın qadın qılıncoynadanları Qahirədə beynəlxalq qılıncoynatma yarışında iştirak edirlər
Qahirə stadionunun qapalı zalında qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə Dünya Kuboku yarışları başlayıb.
Fhnews.az “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, martın 30-dək davam edəcək yarışda 33 ölkədən 181 idmançı iştirak edir.
Misir yarışlara ən çox idmançı sayı ilə (18 idmançı) çıxıb. Azərbaycanı bu idman tədbirində 3 idmançı - Kərimova Səbinə, Hüseynova Zərifə və Kaspiaroviç Palina təmsil edir.
Digər iştirakçı ölkələr bunlardır: Argentina, Avstriya, Belçika, Kanada, Çin, Salvador, Fransa, Gürcüstan, Almaniya, Britaniya, Yunanıstan, Honq-Konq, Macarıstan, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Niderland, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, İspaniya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Venesuela və bir ölkə (neytral statusda).
Bakıda keçirilən “AGF Trophy” turnirinə...
Azərbaycanın bədii gimnastika üzrə qrup...
Bu gün basketbol üzrə Azərbaycan...
Azərbaycanın fiqurlu konkisürəni Qış...
Azərbaycan paralimpiyaçısı İtaliyadakı...