Ruanda ölkədə fəaliyyət göstərən qurumlara Belçika ilə əməkdaşlıq etməyi qadağan edib
Ruanda hökuməti ölkədə fəaliyyət göstərən qurumlara Konqo Demokratik Respublikasının şərqindəki münaqişələrdə Kiqalini günahlandıran Belçika ilə əməkdaşlıq etməyi qadağan edib.
Hökumətin etdiyi yazılı açıqlamada Ruandada fəaliyyət göstərən bütün beynəlxalq və milli qeyri-hökumət təşkilat və qurumlarına Belçika hökuməti və ona bağlı təşkilatlarla bütün əməkdaşlığı dərhal dayandırmaq tapşırılıb.
Açıqlamada Belçika hökuməti, onun qurumları və tabeliyindəki təşkilatlardan heç bir vəsait alınmayacağı, bu qurumlara ödənişlərin həyata keçirilməyəcəyi bildirilib.
Açıqlamada bu qadağaya əməl edilmədiyi təqdirdə cəza tədbirlərinin görüləcəyi bildirilib.
İranın Şəhid Rəcai limanında partlayış...
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...