31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artır

28-03-2025
IMG

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərdə can itkisi artır. Myanmanın paytaxtında səhiyyə rəsmiləri 20 nəfərin öldüyünü açıqlayıb. Mandalay şəhərində məscidin uçması nəticəsində 10 nəfərin həlak olması ilə zəlzələdə həyatını itirənlərin sayı 30-a çatıb. Ümumdünya Səhiyyə Təşkilatının  verdiyi açıqlamada Myanmada baş verən şiddətli zəlzələ ilə əlaqədar fövqəladə halların idarə edilməsi sisteminin işə salındığı və lazımi tibbi ləvazimatların hazırlanması üçün Dubaydakı logistika mərkəzinin işə salındığı bildirilib. Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris mətbuat konfransında zəlzələ ilə bağlı cavab tədbirlərini Cenevrədəki qərargahdan koordinasiya etdiklərini söyləyib. Harris "Lojistik mərkəzimizi aktivləşdirdik. Çünki diqqətə ehtiyacı olan bir çox yaralanma hadisəsi olacağını təxmin edirik"-deyə bildirib.

Paylaş: