31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

ABŞ Səhiyyə Nazirliyi 10 min işçini ixtisar etməyi planlaşdırır

28-03-2025
IMG

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti Prezident Donald Tramp administrasiyasının federal hökuməti ixtisar etmək planının bir hissəsi olaraq 10 min işçini işdən çıxaracağını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada işçilərin sayının 82 mindən 62 minə endiriləcəyi və regional idarələrin yarısının bağlanacağı açıqlanıb.

Açıqlamada Tramp administrasiyasının federal hökuməti daraltma planı çərçivəsində qəbul edilən bu qərarın işdən çıxarılacaq 10 min işçi ilə yanaşı, erkən təqaüdə çıxma və ya bonus təkliflərini qəbul edən 10 min adamın da olduğu bildirilib. Digər tərəfdən, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 3 min 500 əməkdaşının, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 2 min 400 əməkdaşının ixtisar edilməsinin planlaşdırıldığı bildirilib. Bəyanatda o da bildirilib ki, işçi qüvvəsinin ixtisarı vergi ödəyicilərinə hər il 1,8 milyard dollar qənaət edəcək.

Paylaş: