31 mart 2025, bazar ertəsi Bakı, 20°C
IMG-LOGO

Bitki, heyvan və dəniz tədqiqatçılarının diqqət mərkəzi: Qalapaqos adaları

28-03-2025
IMG

Cənubi Amerikanın ən maraqlı ölkələrindən biri olan Ekvadordan 926 kilometr şimalda, 16 əsas adadan ibarət Qalapaqos Milli Parkı öz ekologiyası ilə bioloqları, ekoloqları və turizm mütəxəssislərini valeh edir. Bura Sakit okeanda Cənubi Amerikadan qərbdə yerləşən Ekvadora məxsus adalar qrupudur. Ümumi sahəsi 7,8 min km2 olan Qalapaqos vulkan mənşəli olub sönmüş və püskürən vulkan konuslarına sahibdir Endemik heyvanlar buranın gözəlliyinə bir başqa rəng qatır. Qalapaqos adaları 1965-ci ildən milli parkdır. 

Ekvadorun 16 əsas adasından ibarət olan Qalapaqos adalarından yalnız 3-ü insan məskunlaşmasına açıqdır və son illərdə turizm mərkəzləri ilə diqqəti cəlb edir.

Vulkanik birləşmələrin təbiətin gözəlliklərini ortaya qoyduğu Qalapaqosda zəngin bitki örtüyü və müxtəlif yaşıl çalarları müşahidə etmək mümkündür.Görüntülər Qalapaqosun "Santa Cruz", "San Cristobal" və "İsabela" adalarında lentə alınıb.

Paylaş: