31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Myanmada baş verən zəlzələ Çin və Taylandda da hiss olunub

28-03-2025
IMG

Xatırladaq ki, Myanmanın mərkəzində 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ baş verib,insan tələfatı var. Sosial mediada əks olunan görüntülər zəlzələnin şiddətini ortaya qoyub. Çin və Taylandda baş verən sarsıntıdan insanlar təşviş içində küçələrə axışıb. Zəlzələ Banqladeş, Hindistan, Laos, Tayland, Myanma və Çində də  hiss olunub.

Yerli mənbələrin məlumatına görə, Myanmanın Ava və Saqainq bölgələrini birləşdirən İravadi çayı üzərindəki körpü də uçub.

Zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları göndərilib. Mynamarın Baqo bölgəsindəki Taunqnu şəhərində məscidin dağıldığı bildirilib. Paytaxt Banqkokun 17 milyondan çox insanın yaşadığı metropoliten ərazisində siqnalizasiya sistemləri işə salınıb, vətəndaşlar təxliyə edilib.

Tayland birjası açıqlamasında Myanmanın mərkəzində baş verən zəlzələdən sonra fəaliyyətlərin tamamilə dayandığını açıqlayıb.

Paylaş: