Cənubi Koreyada meşə yanğınları 1 həftədən sonra nəzarət altına alınıb
Martın 21-də Cənubi Koreyanın cənub-şərqində başlayan və indiyə qədərki ən pis yanğınlar kimi xarakterizə edilən meşə yanğınları tamamilə nəzarət altına alınıb. “Yonhap” xəbərlərinə görə, yanğınlar çox sayda insanın ölümünə səbəb olub, geridə böyük itkilər qoyub.
Cənubi Koreya Meşə Xidməti gecə ərzində yağan yağışın, daha yaxşı görmə qabiliyyətinin və aşağı temperaturun yanğınsöndürənlərə kömək etdiyini və yerli vaxtla saat 17:00-dan etibarən meşə yanğınlarının tamamilə nəzarət altına alındığını açıqlayıb.
Xidmət paytaxt Seulun təxminən 80 faizinə bərabər olan 48 min hektar meşə sahəsinin yandığını açıqlayıb.
Uiseongda və Şimali Gyeongsang əyalətinin digər bölgələrində meşə yanğınlarına nəzarət etmək üçün təxminən 5580 personal, 86 yanğınsöndürmə vertalyotu və 569 yanğınsöndürən maşın ayrılıb.
NASA tədqiqat üçün kosmosa siçan...
İspaniyada mədən qəzası...
Sloveniya limanı Orta Dəhlizə qoşulacaq...
Çində uçan avtomobillərlə sərnişin...
Beyinin qısamüddətli yenidən...