Bu ilin ilk Günəş tutulması başlayıb
Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.
Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.
Bu ilin ilk Günəş tutulması başlayıb...
MEK “Azərbaycan Milli Elmlər Akademiyası...
Tələbə yaz məktəbləri davam edir...
Martın 27-si Azərbaycanda Elm Günüdür...
Parisdə Avropada təhsil alan...