Cənubi Koreyada meşə yanğınları davam edir
Cənubi Koreya həftəsonundan bəri yanğınlarla mübarizə aparır. Ölkənin cənub-şərqində başlayan meşə yanğınlarında ölənlərin sayının 24-ə yüksəldiyi bildirilib.
Gecəboyu təsirli olan külək alovu daha da şiddətləndirib. Yanğınsöndürənlər yanğınları söndürməkdə çətinlik çəkirlər.
“Yonhap”ın xəbərinə görə, ölkədə 15 min hektardan çox ərazini məhv edən meşə yanğınları ilə bağlı səlahiyyətlilər açıqlama verib.Onlar yanğında Uiseong bölgəsindəki tarixi məbədin də məhv edildiyini, məbəddəki qiymətli əşyaların müxtəlif bölgələrə aparıldığını bildirib.
Cənubi Koreya hökuməti Ulsan şəhəri, Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətləri də daxil olmaqla cənub-şərq bölgələrində meşə yanğınları səbəbindən milli fəlakət vəziyyəti elan edib.
Martın 21-də Sancheongda başlayan və Ulsan şəhəri də daxil olmaqla ətraf ərazilərə yayılan yanğınlarda 15 nəfər xəsarət alıb, 3300-dən çox insan təxliyə edilib.
Ölkə daxilində 16 fərqli nöqtədə meşə yanğınları 15 min hektar meşə sahəsinin külə dönməsinə səbəb olub.
Cheongsong bölgəsindəki həbsxanada çox sayda məhbusun yanğından təsirlənməyən həbsxanalara təxliyyə edildiyi bildirilib.
İzmirdə kimya zavodunda partlayış baş...
Myanmada daha bir zəlzələ olub...
Cənubi Koreyada yanğınlar nəticəsində...
Banqkokda zəlzələ nəticəsində ölənlərin...
Myanmada uçmuş binanın dağıntıları...