Misirdə turist batiskafı batıb: ölənlər var
Misirin Hurqada şəhərində 45-ə yaxın turisti daşıyan “Sindibad” batiskafı Qırmızı Dənizdə batıb.
Fhnews.az “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. İlkin məlumatlara görə, 29 nəfər xilas edilib. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalır. Onlar şəhər xəstəxanalarına çatdırılıblar.
Hurqada qubernatorluğundan bildirilib ki, ölənlərin hamısı xarici turistlərdir.
Misirin turizm naziri Şərif Fəthi yaralılara bütün lazımi tibbi yardımın göstəriləcəyini bildirib.
Hadisənin səbəblərinin araşdırılması məqsədilə texniki komissiya təşkil edilib. Qeyd olunur ki, batiskaf turistləri mərcan riflərini müşayiət etməyə aparırmış. Lakin məşhur otellərdən birinin sahili qarşısında batıb.
İranın Şəhid Rəcai limanında partlayış...
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...