31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda yeni spiral qalaktika kəşf edilib

27-03-2025
IMG

Astronomlar Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda yerləşən spiral qalaktika kəşf etdiklərini bildirirlər.

Space.com saytındakı xəbərə görə, Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda kəşf edilən spiral qalaktikaya "2MASX J23453268−0449256" adı verilib.Astronomlar bu qalaktikanın mərkəzində Günəşin kütləsindən milyardlarla dəfə böyük olan superkütləli qara dəliyin olduğunu bildiriblər. 

Bu qara dəliyin altı milyon işıq ili uzunluğunda radio reaktivləri yaydığını qeyd edən astronomlar, bu radio reaktivlərinin qalaktikadakı həyatı tamamilə məhv edəcək qədər güclü olduğunu qiymətləndiriblər. Astronomlar belə güclü radio reaktivlərinin ümumiyyətlə elliptik qalaktikalarda müşahidə edildiyini və onların spiral qalaktikada aşkar edilməsinin qeyri-adi vəziyyət olduğunu bildirib və əlavə ediblər ki, bu radio reaktivləri Günəş sisteminə doğru yönəlsəydi, planetlərin atmosferini məhv edə və kütləvi məhvə səbəb ola bilərdi.

Paylaş: