30 mart 2025, bazar Bakı, 14°C
IMG-LOGO

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində sənəd qəbuluna başlanılacaq

27-03-2025
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprelin 2-dən etibarən sənəd qəbuluna başlanılacaq.

Nazirlikdən verilən məlumata görə, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

Təqaüd proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə etmək olar.

Paylaş: