31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Seneqalın heyranedici rəngarəng məscidləri

27-03-2025
IMG

Qərbi Afrikanın zəngin mədəni irsi ilə tanınan Seneqal təsirli və rəngarəng məscidləri ilə də diqqət çəkir.

Ənənəvi İslam arxitekturasının müasir tekstura ilə qovuşduğu ölkənin müxtəlif yerlərində yerləşən məscidlər ziyarətçilərinə unikal vizual ziyafət təqdim edir.Əhalisinin 96 faizi müsəlman olan Seneqalda hər məscid özünəməxsus rəngi və memarlığı ilə seçilir.

Bu məscidlərdən biri də paytaxt Dakardan 100 kilometr aralıda yerləşən Mbur şəhərində yerləşən “Mbour Serigne Saliou Məscidi”dir. 2015-ci ildə açılan məscidin açıq çəhrayı və mavi tonların üstünlük təşkil etdiyi eksteryeri həyəti əhatə edən xurma ağacları ilə möhtəşəm kontrast yaradır.

Müridi təriqətinin müqəddəs hesab etdiyi Tuba şəhərində yerləşən “Cənatul Məhvə məscidi” isə yaşıl günbəzi və dairəvi xətləri ilə estetik zəriflik nümayiş etdirir.
Dakardakı "Touba Mamelles Məscidi" solğun çəhrayı və kərpic rəngləri və bucaqlı minarələri ilə heyran edir. 

Paytaxtdan 70 kilometr aralıda Thies şəhərində yerləşən "Abdoulaye Diop məscidi" boz tonların hakim olduğu memarlığı və 4 mərtəbəli günbəzi ilə seçilir.

Saint-Luis şəhəri yaxınlığındakı Mpal rayonunda yerləşən "Qurani-Kərim Məscidi" 4 mərtəbəli minarəsi və bucaqlı quruluşu ilə diqqət çəkir, həm də təhsil mərkəzinə ev sahibliyi edir.

Paylaş: