“James Webb” teleskopu ilk dəfə Neptunda işıq hərəkətlərini çəkib
ABŞ Aeronavtika və Kosmos Agentliyinin Kosmik Teleskopu ilk dəfə Neptun planetində auroral fəaliyyətlər adlanan işıq hərəkətlərini görüntüləyib.
NASA-dan verilən yazılı açıqlamaya görə, astronomlar 2023-cü ilin iyun ayında Webb teleskopunun Yaxın İnfraqırmızı Spektroqrafı ilə əldə etdikləri məlumatları araşdırıblar.
Bu məlumatlarla astronomlar ilk dəfə işıq hərəkətlərində görünən auroral fəaliyyətlər adlanan "trihidrogen kation" komponentini aşkar ediblər.
Neptunun auroral fəaliyyətinin təsbit edilməsi ilə planetin maqnit sahəsinin Günəşdən uzaq nöqtələrə doğru hərəkət edən səma cisimləri ilə necə qarşılıqlı əlaqədə olması barədə təsəvvür əldə etmək mümkün olacağı, buz nəhəngi planetlər kimi tanınan Uran və Neptunun atmosferlərini araşdıran elm sahəsində yeni pəncərənin açıldığı bildirilib.
Qeyd edək ki, əvvəllər Neptunda işıq hərəkətləri ilə bağlı ipuçları 1989-cu ildə NASA-nın "Voyager 2" kosmik gəmisi tərəfindən əldə edilən məlumatlar sayəsində toplanırdı.Astronomlar illərdir Saturn və Yupiterdə işıq hərəkətlərini tədqiq edirlər, lakin Neptun Günəşdən ən uzaq planet olduğundan oradan şəkillər və məlumatlar əldə etmək daha çətin olub.
Myanmada zəlzələ nəticəsində Çinin 13...
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Almaniyada qocalar evində yanğın...
Avropa İttifaqı diqqətini süni intellekt...
Peru dənizində biomüxtəlifliyin...