Rusiyada turistlər qar uçqununa düşüb, 4 nəfər ölüb
Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.
Turistləri təxliyə etmək üçün helikopter göndərilib.
Norveçdə kosmosa peyk buraxılışı uğursuz...
Myanmada zəlzələ nəticəsində Çinin 13...
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Almaniyada qocalar evində yanğın...
Avropa İttifaqı diqqətini süni intellekt...